Pentaqon ABŞ-nin İsrailə fasiləsiz silah tədarük etdiyini açıqladı

18-10-2023, 11:45           
Pentaqon ABŞ-nin İsrailə fasiləsiz silah tədarük etdiyini açıqladı
“ABŞ-nin İsrailə silah tədarükü fasiləsiz olaraq davam edəcək. ABŞ hərbi nəqliyyat aviasiyası oktyabrın 12-dən bu yana artıq beş belə uçuş həyata keçirib”.

Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh deyib.

“Siz çox güman ki, İsrailə stabil silah axınının davam etdiyini görəcəksiniz. Düşünürəm ki, bu günə qədər C-17 təyyarələri ilə beş reys həyata keçirilib, onlar İsrailə təhlükəsizlik sahəsində müxtəlif növ yardımları uğurla çatdırıblar. Bu reyslər oktyabrın 12-dən oktyabrın 16-dək olan müddət ərzində həyata keçirilib. Beləliklə, gördüyünüz kimi, demək olar ki, hər gün İsrailə yardım göndəririk. Mən onların davam edəcəyini gözləyərəm”, - deyə Sinqh bildirib.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru