Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzza zolağındakı Əl-Əhli xəstəxanasına hücumun qurbanları və digər həlak olan fələstinlilərin xatirəsinə ölkədə üçgünlük ümummilli matəm elan edib.
Bu barədə Misirin Prezident Aparatı məlumat yayıb.
Qeyd edək ki, Misirlə yanaşı, Türkiyə, Fələstin, Suriya, İran, İraq və Livanda da matəm elan edilib.