Ermənistan Rusiyanın yaratdığı bütün təşkilatlardan çıxır?
19-10-2023, 00:17
Ermənistan hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi Birliyindən çıxmaq məsələsini müzakirə etmir.
Cebhe.info xəbər verir ki, bunu çərşənbə günü parlamentin Xarici Əlaqələr daimi komissiyasının rəhbəri, hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Sarkis Xandanyan deyib.
O, "Ermənistan öz siyasətinin vektorunu dəyişib Ukrayna yolu ilə getmək niyyətindədirmi?" sualına cavab verib:
“Hazırda belə müzakirələr və prosedurlar yoxdur. Biz dəfələrlə bəyan etmişik ki, Ermənistanın KTMT-dən çıxması prosesi bizim təşəbbüsümüzlə olmayıb. Onun Ermənistandan çıxarılmasının təşəbbüskarı məhz KTMT olub”.