İsrail ordusu 350-yə yaxın yerli özünümüdafiə dəstələri yaradır 19-10-2023, 12:16 İsrail ordusu 350-yə yaxın yerli özünümüdafiə dəstələri yaradır İsrail Silahlı Qüvvələri şəhər, kənd və qəsəbələrdə yerli özünümüdafiə dəstələri yaratmağı planlaşdırır.“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Yedioth Ahronoth” qəzeti yayıb.Sözügedən dəstələrin ümumi sayının 347 olacağı bildirilir. Qəzet yazır ki, sakinlər kütləvi şəkildə yeni dəstələrə qeydiyyata düşürlər. Bu dəstələr İsrailin Müdafiə ordusunun strukturuna daxil ediləcək. Könüllülər silahla təmin edilir, eyni zamanda xüsusi təlim keçirlər. Facebook-da paylaş