Türkiyənin İsraillə bağlı təklifi... - Lavrov

19-10-2023, 11:29           
Türkiyənin İsraillə bağlı təklifi... - Lavrov
Rusiya Türkiyənin İsrail-Fələstin münaqişəsinin tərəfləri üçün qarant ölkələr sistemi yaratmaq təşəbbüsünü müzakirə etməyə və nəzərdən keçirməyə hazırdır. Moskva və Ankara bu məsələdə təmasdadır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pxenyanda jurnalistlərə açıqlamasında deyib.

“Biz istənilən konstruktiv təklifləri müzakirə etməyə hazırıq. Ötən gün eşitdiyim bu təşəbbüs açıq şəkildə deeskalasiyaya nail olmaq və vəziyyəti normallaşdırmaq istəyinin diktəsidir. Türkiyənin təşəbbüsü hər iki tərəf üçün maraqların tarazlığını təmin etmək istəyindən irəli gəlir. Biz bunu nəzərdən keçirmək üçün əməkdaşlığa hazırıq”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru