Baqiri və Şoyqu Qəzza mövzusunda danışdılar

19-10-2023, 15:18           
Baqiri və Şoyqu Qəzza mövzusunda danışdılar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqiri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefonla danışıb.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, Qəzza və Fələstin mövzusu söhbətin əsas mövzusu olub.

Şoyqu regionda atəşkəs rejiminin yaradılması və mülki əhaliyə zərər verilməməsi üçn Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı təşəbbüsünün nəticə vermədiyini, bunun bəzi Qərb ölkələrinin müqaviməti ilə üzləşdiyini vurğulayıb.

General-mayor Baqiri əlavə edib ki, İsrailin cinayətlərinin davam etməsi və bəzi ölkələrin ona birbaşa dəstəyi digər aktyorların bu sahəyə daxil olmasına səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru