Rusiya XİN: ABŞ-nin uğursuz siyasəti Fələstin-İsrail münaqişəsinin eskalasiyasına səbəb olub 20-10-2023, 09:14 ABŞ-nin BMT Təhlükəsizlik Şurasında Fələstin və İsraillə bağlı qətnamə layihəsinə veto qoyması Vaşinqtonun regiondakı həqiqi istəklərini göstərir.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.Qeyd olunub ki, ABŞ-nin uğursuz siyasəti Fələstin-İsrail münaqişəsinin hazırkı fəlakətli eskalasiyasına səbəb olub."BMT Təhlükəsizlik Şurası Rusiya qətnaməsini qəbul etsəydi, Qəzzada xəstəxanaya hücumun qarşısını almaq olardı", - deyə bəyanatda vurğulanıb.O da bildirilib ki, İsrailin özünümüdafiə hüququ heç də ayrı-seçkilik olmadan kütləvi qisas almaq üçün lisenziya demək deyil. Facebook-da paylaş