QAUXİ nümayəndəsi: “Dənizaşırı ərazilərin hərəkatı” mübarizəni davam etdirir və Fransa mövqelərini itirir”

20-10-2023, 09:18           
QAUXİ nümayəndəsi:
“Fransanın dənizaşırı ərazilərinin hərəkatı” yeni müstəmləkəçiliyə qarşı mübarizəsini davam etdirir və Paris mövqelərini itirir”.

“Report” xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının (QAUXİ) nümayəndəsi Qaston Samüt mətbuat konfransında bildirib.

“Biz həm də mədəniyyət abidələrimizin qorunması üçün mübarizə aparır, dilimizi və mədəniyyətimizi qorumağa çalışırıq”, - deyə o bildirib.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.
Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru