Ukrayna Rusiya Pravoslav Kilsəsini muzdlulardan ibarət hərbi dəstələr yaratmaqda ittiham edir

20-10-2023, 14:24           
Ukrayna Rusiya Pravoslav Kilsəsini muzdlulardan ibarət hərbi dəstələr yaratmaqda ittiham edir
Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Pravoslav Kilsəsinin rəhbərliyini Rusiyada öz hərbi şirkətlərini yaratmaqda ittiham edib. Onlar Ukraynaya qarşı müharibədə iştirak etmək üçün muzdlular toplayır və onlara təlim keçir.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, muzdlulardan ibarət dəstələrdən biri, "Andreyev Xaçı" adlanan hərbi dəstə Sankt-Peterburqdakı Kronştadt Dənizçiləri Kilsəsi-nin bazasında fəaliyyət göstərir. Dəstəyə əsasən artıq hərbi xidmətdə olmuş və döyüş təcrübəsi olan kişilərin işə götürüldüyü iddia edilir.

"Pravoslav muzdluları" işə qəbul edildikdən sonra Rusiya xüsusi xidmət orqanlarının təlimatçılarının rəhbərliyi altında təlim kursu keçir. Ukrayna Təhlükəsizlik Xidməti xəbər verir ki, təlimlər kilsənin ərazisində və xüsusi poliqonlarda keçirilir.

Muzdlulardan ibarət belə hərbi dəstələr Vladimir Putinə yaxın, Rusiya maliyyə və sənaye qruplarının nümayəndələri tərəfindən maliyyələşdirilir. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiya Pravoslav Kilsəsi bu pulları kilsələrin tikintisi üçün xeyriyyə ianələri olaraq alır.

Bundan əvvəl Ukrayna Ali Radası Rusiya ilə əlaqəli dini qurumların fəaliyyətini qadağan edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Beləliklə, Ukrayna hakimiyyəti faktiki olaraq Ukrayna Pravoslav Kilsəsinin Moskva Patriarxlığının fəaliyyətinə qadağa qoyulmasını təsdiqləyib.
amerikaninsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru