Zelenski Şoltsla danışdı, 1 milyardlıq paketə görə təşəkkür etdi
21-10-2023, 07:04
Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolts ilə telefon danışığı aparıb.
Bu barədə Ukraynanın Prezident Ofisi məlumat yayıb.
Qeyd olunub ki, Ukraynaya müdafiə dəstəyi, Avropa Birliyinə üzvlük və Yaxın Şərqdəki vəziyyətlə bağlı müzakirələr aparılıb.
Xüsusilə, Zelenski Almaniyadan ümumi dəyəri 1 milyard avrodan çox olan növbəti müdafiə paketinə və razılaşmaların effektiv icrasına görə Şoltsa təşəkkür edib. \\Axar.Az