Rusiya XİN rəhbərinin keçmiş müavini xarici agent elan edildi

21-10-2023, 08:44           
Rusiya XİN rəhbərinin keçmiş müavini xarici agent elan edildi
Diplomat, Rusiya xarici işlər nazirinin keçmiş müavini Georgi Kunadze xarici agent kimi tanınıb.

"Report” xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

Kunadze Rusiyanın mənfi imicini yaratmağa yönəlmiş yalan məlumatlar, habelə ölkənin dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət, habelə RF Silahlı Qüvvələrinin hərəkətləri barədə yalan məlumatlar yayıb.

O, həmçinin xarici strukturların təqdim etdiyi informasiya platformalarında mütəmadi olaraq çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru