ABŞ Konqresi Nümayəndələr Palatasına yeni spiker seçilənə qədər ölkə prezidenti Cozef Baydenin Ukrayna və İsrailə yardım üçün əlavə maliyyə tələbi ilə bağlı qanun layihəsini qəbul edə bilməyəcək.
Qeyd olunub ki, Nümayəndələr Palatasındakı Respublikaçılar lider haqqında qərar verənə qədər Ağ Evin tələbi ilə bağlı vəziyyət qeyri-müəyyən olaraq qalacaq. Belə ki, spiker olmadan Palata büdcəni müzakirə edə və qanunları qəbul edə bilməz.
Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden ABŞ Konqresinə Ukrayna və İsrailə təqribən 106 milyard dollar məbləğində əlavə hərbi və digər yardımların göstərilməsi ilə bağlı sorğu göndərib. CNN