Almaniyada hakim koalisiyanın reytinqi ən aşağı səviyyəyə düşüb

23-10-2023, 00:15           
Almaniyada hakim koalisiyanın reytinqi ən aşağı səviyyəyə düşüb
Almaniyada hakim koalisiyanın (Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyası, liberallar) populyarlıq reytinqi Bundestaqa seçkilərdən (2021) sonra ən aşağı səviyyəyə düşüb.

“Report” xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti “İnsa” institutunun keçirdiyi sosioloji sorğuya istinadən məlumat yayıb.

Sorğuya görə, əgər 2021-ci ilin sentyabrında seçicilərin 52 %-i hakim koalisiyaya səs veribsə, indi almanların 34 %-I onları dəstəkləməyə hazırdır.

Bununla yanaşı, respondentlərin 71 %-i kansler Olaf Şolts hökumətinin işindən narazı olduğunu bildirib və bu, yeni antirekord sayılır.

Qeyd edək ki, sorğuda 1 202 nəfər iştirak edib və oktyabrın 16-dan 20-dək aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru