Almaniya anti-Rusiya sanksiyalarına qarşı çıxan partiya yaradıldı

24-10-2023, 11:08           
Almaniya anti-Rusiya sanksiyalarına qarşı çıxan partiya yaradıldı
Alman siyasətçisi və Bundestaqın üzvü Sarah Vaqenknext "ağıllılıq və ədaləti" müdafiə edərək, öz siyasi birliyini yaratmaq üçün Sol Partiyadan istefa verdiyini açıqlayıb.

Qaynarinfo "Bild"ə istinadən yazır ki, anti-Rusiya sanksiyalarının ləğvini müdafiə edən partiya "Sarah Wagenknecht Union - Reason and Justice" adlandırılıb.

Bildirilir ki, Vaqenknextdən sonra Bundestaqın daha 9 deputatı yeni siyasi birliyə qoşulmaq üçün Sol Partiyanı tərk edib.

Vaqenknext Almaniyanın "bütün zamanların ən pis hökumətinə" sahib olduğuna inanır. O, tənzimlənməmiş miqrasiya siyasəti ilə razılaşmır, həmçinin anti-Rusiya sanksiyalarının və Kiyevə hərbi dəstəyin ləğvinin tərəfdarıdır. Onun fikrincə, Rusiyanın şərtləri ilə sülh yolu ilə nizamlanmanı həyata keçirmək lazımdır.

"Bu, indi olduğu kimi davam edə bilməz. Əks halda, yəqin ki, on ildən sonra ölkəmizi tanımayacağıq", deyə Vaqenknext bildirib.

Bundan əvvəl Sara Vaqenknext bəyan etmişdi ki, korrupsiyanın yüksək səviyyəsi və zəif iqtisadiyyata görə Ukraynanı Avropa İttifaqının (Aİ) üzvü kimi görmür. Siyasətçi təşkilatın artıq kifayət qədər problemlərinin olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru