Ölüm tələsi - Tramp dünyanın ən təhlükəli paytaxtının adını açıqladı

24-10-2023, 11:49           
Ölüm tələsi - Tramp dünyanın ən təhlükəli paytaxtının adını açıqladı
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Vaşinqtonun dünyanın ən təhlükəli paytaxtı adlandırıb.

Bu barədə o, özünün “Truth” sosial şəbəkəsində yazıb.

Ağ Evin keçmiş rəhbərinin sözlərinə görə, şəhər əsl ölüm tələsinə çevrilib.

“Vaşinqton murdar, cinayətlə dolu ölüm tələsinə çevrilib. İndi bu, bəlkə də dünyanın ən təhlükəli paytaxtıdır”, - deyə siyasətçi bildirib.
O, yenidən prezident seçiləcəyi təqdirdə Vaşinqtonu təmizləyəcəyi, təmir və bərpa edəcəyi vədini verib.

Xatırladaq ki, Tramp bundan əvvəl Prezident Co Baydenin rəhbərliyi altındakı Birləşmiş Ştatların faşist dövlətə çevrildiyini demişdi.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru