İsveç NATO-ya qəbul edilə bilər - MÜDDƏT

24-10-2023, 17:37           
İsveç NATO-ya qəbul edilə bilər - MÜDDƏT
NATO Baş katibi Yens Stoltenberq İsveçin gələn ayın sonuna qədər Alyansa qəbul edilməsinə çağırıb.

Cebhe.info xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi İsveç hökumətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Agentliyin əldə etdiyi məlumata görə, bu proses, Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin 28-29 noyabrda baş tutacaq görüşündən gec olmayaraq baş verməlidir.

Alyans agentliyin bu məlumatını rəsmi şəkildə şərh etməyib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü ratifikasiya üçün parlamentə göndərib. İndi Türkiyənin rəsmi razılığından sonra Macarıstan da müvafiq qərar verməlidir.\APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru