İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv edib - VİDEO

27-10-2023, 00:16           
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv edib - VİDEO
İsrail ordusu Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatının silahlı qanadının raket bölmələrindən birinin komandirinin məhv edildiyini açıqlayıb.

Ordunun Mətbuat Xidmətinin verdiyi məlumata görə, Xan Yunisin şimal hissəsində Həmas raket qüvvələrinə komandanlıq edən Həsən əl-Abdullah məhv edilib. Zərbənin əldə edilən kəşfiyyat məlumatlarına əsaslanaraq İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən endirildiyi qeyd olunur.

“İsrail Müdafiə Ordusunun qırıcıları Qəzza zolağında HƏMAS-ın terror infrastrukturuna, o cümlədən hərbi komandanlıq mərkəzlərinə və raket buraxılış məntəqələrinə zərbələr endirməkdə davam edir”, - deyə Mətbuat Xidmətinin bəyanatında bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru