Belarusun ən qədim taxta tikilisi muzey kimi fəaliyyət göstərəcək - FOTO

27-10-2023, 11:48           
Belarusun ən qədim taxta tikilisi muzey kimi fəaliyyət göstərəcək - FOTO
Belarusun Qrodno şəhərində yerləşən, inşası XVII əsrə aid lyamus (taxta tikili) muzeyə çevriləcək.

İnşası zamanı bir ədəd də mismardan istifadə edilməyən tikilidə tezliklə qədim məişət həyatına həsr olunmuş muzey sərgisi təşkil ediləcək.

Qeyd olunur ki, qədim tikilinin interyerinin bəzədilməsi və orada muzey sərgisinin yaradılması dörd il vaxt aparıb. İş polşalı bərpaçıların iştirakı ilə həyata keçirilib.

İnşasının ilk illərində taxta lyamus rahibələrin yataqxanası olub, sonra isə anbar kimi istifadə edilib.
Sovet dövründə isə burada psixiatriya xəstəxanası fəaliyyət göstərib.

Mənbə: Sputnik Belarus












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru