İran generalı: “Peyk kanalları boşanmaların sayını artırır, cəmiyyətdə mənəvi-mədəni aşınmaya səbəb olur”

25-07-2016, 13:22           
İran generalı: “Peyk kanalları boşanmaların sayını artırır, cəmiyyətdə mənəvi-mədəni aşınmaya səbəb olur”
Hurriyyet.org xarici mətbuata istinadən xəbər verir ki, qeyri-qanuni qəbuledici cihazların məhv edilməsi əməliyyatı çərçivəsində İranda 100 min peyk anteni və qəbuledicisi məhv edilib.
Məlumatda deyilir ki, peyk antenlərinin məhv edilməsi əməliyyatı Tehranda, İranın “Basic” qoşunlarının rəhbəri Məhəmməd Rza Nağdinin iştirakı ilə keçirilib.
Nağdi deyib: “Bu bir həqiqətdir ki, peyk televiziyası kanlallarının əksəriyyəti ictimai mənəviyyatı və mədəniyyəti aşındırılar. Bu kanalların əsas hədəfi boşanmaların sayını artırmaq, əxlaqlızlığı və sosial qeyri-sabitliyi təbliğ etməkdir”.
General qeyd edib ki, İran respublikasının milyondan artıq vətəndaşı könüllü şəkildə peyk anteni qəbuledicilərini hökumətə təhvil veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru