“Yahoo!” 4,8 milyard dollara satılıb 25-07-2016, 21:58 ABŞ-ın “Verizon Communications İnc.” şirkəti “Yahoo!”nun 4,8 milyard dollara satın alınması barədə razılıq əldə olunduğunu təsdiqləyibİKT.lent.az-ın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. “Verizon”un bu gün sövdələşmə barədə rəsmi açıqlama verməsi gözlənilir. “Yahoo!”nun daşınmaz əmlakının və intellektual mülkiyyətinin aktivlərinin satışı isə ayrılıqda həyata keçiriləcək. “Yahoo!”nun Çinin “Alibaba Group” və Yahoo! Jalan Corp.“ şirkətlərindəki payını saxlamaq istədiyi bildirilir. Facebook-da paylaş