Almaniya yenə terrorla çalxalandı: ölən və yaralananlar var

25-07-2016, 22:03           

Almaniyanın Bavariya əyalətinin Ansbah şəhərində partlayış törədilib.

Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 14 nəfər yaralanıb, 1 nəfər həlak olub. Partlayış "Eugens Weinstube" restoranının qarşısında törədilib.

Həlak olan adamın 27 yaşlı Suriya əsilli birisi olduğu aşkar olunsa da, məlum olub ki, o əvvəllər heç vaxt polisin diqqətini çəkməyib.

Əvvəlcə hadisənin qazsızmasından yarandığı barədə versiya ortaya atılıb, sonra isə partlayışın terror aktı olduğu təsdiq olunub.

Bavariya əyalətinin Daxili İşlər naziri Yoahim Herrmann bildirib ki, terakt 2500 adamın olduğu musiqi festivalına hesablanıb. Ancaq terrorçu bunu bacara bilməyib. Hadisə zamanı ölən bir nəfər isə terrorçunun özü olduğu düşünülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru