PKK koordinat verdi, ABŞ bombaladı

26-07-2016, 00:53           
PKK koordinat verdi, ABŞ bombaladı
Bir neçə gün öncə PKK-nın Suriya qolu YPG-nin verdiyi koordinatlar əsasında Hələb şəhərinin Menbiç mahalında yanlışlıqla mülki əhalini hədəf almışıq.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın başçılıq etdiyi Beynəlxalq Koalisiyanın sözçüsü polkovnik Kristofer Qarver deyib.

“Əməliyyat YPG-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinin məlumatı əsasında həyata keçirilib”, - Qarver bildirib.

Suriya Müxalif və İnqilabi Qüvvələr Milli Koalisiyasının rəhbəri Enes Ubde isə yaşanan hadisələrə görə ətraflı araşdırmanın aparılması üçün koalisiyanın Suriyada əməliyyatları dayandırmalı olduğunu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ koalisiyasının Menbiçdə yaşayış məntəqəsini bombalaması nəticəsində xeyli mülki şəxs həlak olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru