​İsrail Suriyadan açılan atəşə aviazərbə ilə cavab verib

26-07-2016, 01:10           

İsrail aviasiyası Suriyadan hazırda nəzarəti altında olan mübahisəli Colan təpələrinə açılan atəşə cavab olaraq, ərəb ölkəsi ilə sərhədyanı zonalara havadan zərbə endirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Suriya ərazisindən minaatanlardan açılan atəş nəticəsində ölən və yaralanan olmayıb.

Hərbçilər əvvəllər əksər bu kimi hallarda olduğu kimi, mərmilərin qonşu dövlətdə qruplaşmalar arasında gedən atışma nəticəsində, təsadüfən Colan təpələri ərazisinə düşdüyünü ehtimal edirlər. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru