İtaliyaya 16,5 milyard avro yardım ayrıldı

29-12-2023, 07:08           
İtaliyaya 16,5 milyard avro yardım ayrıldı
Avropa Komissiyası İtaliyaya 16,5 milyard avroluq dördüncü yardım paketi ayırıb.

İtaliya Nazirlər Şurası ayrılan vəsaitin Avropa İttifaqı tərəfindən müəyyən edilmiş 28 məqsəd və hədəf çərçivəsində əldə olunmuş nailiyyətlərin nəticəsi olduğunu açıqlayıb.

Bildirilir ki, bu məqsəd və hədəflər ədliyyə və dövlət idarəçiliyi sahəsində islahatların həyata keçirilməsinin davam etdirilməsi üçün zəruri tədbirləri, həmçinin sosial inklüzivlik və dövlət satınalmaları sahələrində mühüm islahatları əhatə edir. Vəsait rəqəmsallaşma, xüsusən də yerli dövlət idarəetmə məlumatlarının bulud sisteminə keçidə, kosmik sənayenin inkişafına, yaşıl hidrogen, nəqliyyat, tədqiqat, təhsil və sosial siyasətlə bağlı layihələrə sərf olunacaq.

Xatırladaq ki, Avrokomissiya bu vaxtadək İtaliyaya təxminən 102 milyard avro vəsait ayırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru