Latviya rusiyalıları ölkədən qovur

29-12-2023, 10:48           
Latviya rusiyalıları ölkədən qovur
Latviya hökuməti hüquqi statusu tənzimləməyən 1 200-dən çox Rusiya vətəndaşını ölkədən zorla çıxarmaq niyyətindədir.

Dövlət televiziyası və radiosunun məlumatına görə, hökumətin müəyyən etdiyi son tarix olan noyabrın 30-na qədər 1 213 nəfər Latviyada hər hansı bir yaşayış icazəsi almaq üçün sənəd təqdim etməyib.

Bununla əlaqədar olaraq həmin şəxslərin respublikanı tərk etmələri tələb olunur.

Bununla belə, Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsində bu kateqoriyadan olan 904 nəfərin artıq Latviya sərhədini keçdiyi, yəni ölkəni tərk etdiyi barədə məlumat var. (Oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru