ABŞ-nin məxfi kosmik gəmisi orbitə çıxarılıb 29-12-2023, 16:44 “Falcon Heavy” raketi ABŞ Kosmik Qüvvələrinin məxfi “X-37B” kosmik gəmisini orbitə çıxarıb.“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, “SpaceX” şirkətinin raketi dekabrın 28-i Floridadakı kompleksdən buraxılıb. Bununla belə, missiyanın məqsədi gizli saxlanılır. Eyni zamanda, uçuşun müddəti də məlum deyil. Qeyd edək ki, “X-37B” kosmik gəmisi ilk dəfə 2010-cu il aprelin 22-si buraxılıb. Bu isə sayca 7-ci buraxılışdır. Facebook-da paylaş