Yaponiya Cənubi Koreyaya nota verib

30-12-2023, 08:24           
Yaponiya Cənubi Koreyaya nota verib
Yaponiya mübahisəli Takesima adaları yaxınlığında hərbi təlimlər keçirdiyinə görə Cənubi Koreyaya etiraz notası göndərib.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Cənubi Koreyanın Yaponiyadakı səfirliyinin nümayəndəsinə bu cür hərəkətlərin tamamilə yolverilməz və son dərəcə təəssüf doğurduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Yonhap” informasiya agentliyi mənbələrinə istinadən bu bölgədə hərbi manevrlərin keçirildiyini məlumat verib.

Takesima (Tokto) ümumi sahəsi 0,188 kvadratkilometr olan kiçik adalar qrupudur. Adalar Koreya yarımadasının şərqində yerləşir. Bu yaşayış olmayan qayalıq ərazilər 1945-ci ildən beynəlxalq mübahisə obyektinə çevrilib. Hazırda adalara Cənubi Koreya Silahlı Qüvvələri nəzarət edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru