Zelenski ağır döyüşlərin mərkəzində...

30-12-2023, 08:44           
Zelenski ağır döyüşlərin mərkəzində...
Ukrayna Prezidenti ağır döyüşlərin getdiyi Avdiyevka şəhərinə səfər edib.
Bu barədə o, özünün teleqram kanalında məlumat yayıb.
"Komandirlə müdafiə vəziyyəti və əsas ehtiyacları müzakirə etdik", - o bildirib. Zelenski burada bir sıra hərbçiləri təltif edib.
Qeyd edək ki, Ukraynanın şərqində yerləşən bu şəhər uğrunda döyüşlər uzun müddətdir davam edir. Müharibədən əvvəl 32.000 əhalisi olan şəhərdə 1500-dən bir qədər çox insan qalıb.
Avdiyevka 2014-cü ildə Rusiya ordusu tərəfindən işğal edilib, lakin qısa müddət sonra şəhər işğalçılardan təmizlənib. Daha sonra şəhərin ətrafında istehkamlar tikilib. Bu şəhər Rusiyanın nəzarətində olan Donetsk regional mərkəzinə giriş qapısı hesab olunur. (Modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru