Bu il dünyada əhalinin sayı artıb, bəs gələn necə olacaq?
30-12-2023, 10:14
2024-cü ilin əvvəlinə dünyada hər saniyədə 4,3 doğum və iki ölüm halı gözlənilir. BAKI, 29 dekabr - Sputnik. ABŞ Siyahıyaalma Bürosunun proqnozuna görə, yeni il günü dünya əhalisinin sayı səkkiz milyard nəfəri ötəcək. Qurumun məlumatına əsasən, bu il dünyada əhalinin sayı 75 milyon nəfər artıb. 2023-cü ildə dünya əhalisinin artım tempi bir faizdən az olub. Həmçinin ABŞ əhalisi 1,7 milyon nəfər çoxalıb və yeni il günü orada əhalinin təxminən 336 milyon nəfərə çatacağı proqnozlaşdırılır. 2024-cü ilin əvvəlinə dünyada hər saniyədə 4,3 doğum və iki ölüm halı gözlənilir.