Kim Çen In: "Koreya yarımadasında ən ədavətli iki dövlət var"

31-12-2023, 16:49           
Kim Çen In: "Koreya yarımadasında ən ədavətli iki dövlət var"
Heç kim inkar edə bilməz ki, Koreya yarımadasında bir-birinə qarşı ən ədavətli iki dövlət mövcuddur.
“Report” xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In deyib.

“Hamıya aydındır ki, nəhəng qüvvələrin bir-biri ilə üzləşdiyi demarkasiya xətti ərazisində hətta kiçik insident belə fiziki toqquşmaya və gərginliyə səbəb ola bilər. Heç kim inkar edə bilməz ki, indi Koreya yarımadasında iki ən düşmən dövlət var”, – dövlət agentliyi Indan sitat gətirib.

Onun sözlərinə görə, Şimali Koreyanın “düşmənlərinin ağılsız siyasəti”istənilən an yarımadada müharibəyə yol aça bilər.

KXDR lideri həmçinin bildirib ki, partiya Koreya Respublikası ilə dialoq yolu ilə birləşməyi mümkün hesab etmir və Seulu ABŞ-nin “müstəmləkə administrasiyasının əlaltıları” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru