Hindistana məxsus təyyarə 8 ildən sonra okeanın dibində tapılıb

13-01-2024, 10:34           
Hindistana məxsus təyyarə 8 ildən sonra okeanın dibində tapılıb
Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “An-32” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğradıqdan 8 il sonra Benqal körfəzində Hind okeanının dibində tapılıb.

Bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2016-cı ildə itkin düşən və içərisində 29 nəfərin olduğu təyyarənin qalıqları Milli Okean Texnologiyaları İnstitutunun dərin dəniz tədqiqatları zamanı tapılıb.

Tədqiqatlar 3 400 m dərinlikdə, avtonom sualtı aparatın vasitəsinin köməyi ilə həyata keçirilib. Məhz bu aparatın çəkdiyi şəkillər nəticəsində təyyarənin son dəfə radarlarda olduğu yerin oekan dərinliklərində təyyarənin görüntüləri çəkilib.

Xatırladaq ki, 2016-cı il iyulun 22-də Hindistan HHQ-yə məxsus “An-32” təyyarəsi “Tambaran” aviabazasından havaya qalxaraq Andaman adalarındakı Port Bleyrə eniş etməli idi. Təyyarədə 21 hərbçi və 8 mülki şəxs olub. Havaya qalxdıqdan 16 dəqiqə sonra pilotdan hər şeyin normal olduğu xəbəri alınsa da, bu mesaj təyyarədən gələn sonuncu mesaj olub.

Daha sonra genişmiqyaslı əməliyyat-axtarış tədbirləri keçirisə də, təyyarəni aşkar etmək mümkün olmayıb. İlkin araşdırma göstərib ki, təyyarədə qəza zamanı onu tapmaq üçün lazımi avadanlıqlar olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru