Dünyanın ən böyük investisiya şirkəti 12 milyardlıq sövdələşmə imzaladı
13-01-2024, 10:04
Dünyanın ən böyük investisiya şirkəti “BlackRock” infrastruktur şirkəti “Global Infrastructure Partners”i (GİP) təxminən 12,5 milyard dollara satın alır.
“BlackRock” 3 milyard dollar nağd pul və təxminən 9,5 milyard dollar dəyərində 12 milyon səhm ödəyəcək.
Müqavilənin üçüncü rübdə bağlanacağı gözlənilir.
100 milyard dolları idarə edən GIP-in alınması “BlackRock”un on ildən çox müddətdə ən böyük sövdələşməsidir. Bloomberg