Rusiya ordusuna məhkumluğu olan əcnəbilərin cəlb edilməsi təklif edilir
13-01-2024, 10:15

Rusiya Dumasına məhkumluğu olan əcnəbilərə Rusiya ordusu ilə müqavilə bağlamağa icazə verən qanun layihəsi təqdim edilib.
Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti” yazıb.
Qanun layihəsi Tula Vilayət Dumasının bir qrup deputatı tərəfindən irəli sürülüb.
Deputatlar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna, həmçinin “Xüsusi hərbi əməliyyatda iştirak edən şəxslərin cinayət məsuliyyətinin xüsusiyyətləri haqqında” maddəyə dəyişiklik edilməsini təklif ediblər.
Hazırda az və ya orta ağır cinayətlərə görə məhkumluğu olan vətəndaşlar ordu ilə müqavilə bağlaya bilərlər.
Qanun layihəsinə qeyd edilir ki, xarici vətəndaşlar da Rusiya Silahlı Qüvvələrində hərbi xidmət keçmək üçün müqavilə bağlamaq hüququna malikdirlər.
2024-cü il yanvarın 4-də prezident Putin Rusiya Silahlı Qüvvələrində və ya ölkənin digər hərbi birləşmələrində müqavilə əsasında xidmət edən əcnəbilərə Rusiya vətəndaşlığı almağa icazə verib. Bu qərar onların ailə üzvlərinə də aiddir. Rusiya Ordusunda hərbi xidmətdən müxtəlif şərtlərə, o cümlədən xüsusi əməliyyata görə tərxis olunan əcnəbilər də vətəndaşlıq üçün ərizə verə bilərlər.