ABŞ ordusunun komandanlığı Yəmənə ikinci zərbənin məqsədini açıqlayıb

13-01-2024, 10:28           
ABŞ ordusunun komandanlığı Yəmənə ikinci zərbənin məqsədini açıqlayıb
Amerika hərbçiləri Yəməndə “Ansar Allah” hərəkatının (husilərin) hərbi komandanlığına tabe olan radiolakasiya stansiyasına hücum edib.

Bu barədə “Reuters” ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına istinadən məlumat yayıb.

“Bu zərbə “Carney” esminesləri tərəfindən quruda yerləşən “Tomahawk” hücum raketlərindən istifadə edərək həyata keçirilib və husilərin ticarət gəmiləri də daxil olmaqla dəniz gəmilərinə hücum etmək qabiliyyətini aşağı salmaq üçün yanvarın 12-də həyata keçirilən zərbələrin davamı olub”, - komandanlıq bildirib.

Bundan əvvəl yeni raket zərbəsi ilə bağlı məlumatı “Reuters”ə Amerika administrasiyasındakı mənbə təsdiqləyib.

Eyni zamanda, Britaniya nümayəndələri “Ansar Allah” hərəkatının (husi) qüvvələrinə qarşı yeni zərbədə iştirak edib-etmədikləri barədə məlumat verməyiblər.

Bir gün əvvəl ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Yəmənə endirilən zərbələri məqsədəuyğun və zəruri hesab edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru