Ağ Evin Yəmənlə münaqişə istəmədiyi bildirilib

15-01-2024, 08:49           
Ağ Evin Yəmənlə münaqişə istəmədiyi bildirilib
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-nin Yəməndəki Ənsarullah hərəkatının üsyançıları ilə münaqişəyə can atmadığını bəyan edib.

ABŞ-nin CBS telekanalına açıqlama verən Kirbi, Vaşinqtonun yalnız husilərin Qırmızı dənizdəki gəmilərə hücumlarına son qoyulmasını istədiyini vurğulayıb:

“Biz Yəmənlə münaqişə axtarmırıq. Qırmızı dənizdəki vəziyyəti sakitləşdirməyə və hücumları dayandırmağa çalışırıq”.

Kirbi bu açıqlamaları verərkən ABŞ və İngiltərə Yəmənin şimalında yeni hava əməliyyatı həyata keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru