Rusiya və İran böyük dövlətlərarası müqavilə imzalayacaq

15-01-2024, 20:39           
Rusiya və İran böyük dövlətlərarası müqavilə imzalayacaq
Rusiya və İran arasında böyük dövlətlərarası müqavilə imzalanacaq.

Adalet.az xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin iki ölkənin müdafiə nazirləri Sergey Şoyqu və Məhəmməd Aştianinin telefon danışığından sonra yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, tərəflər Rusiya-İran münasibətlərinin təməl prinsiplərinə, o cümlədən bir-birinin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığına sadiqdirlər. Hazırda Rusiya ilə İran arasında böyük dövlətlərarası müqavilənin imzalanmasına hazırlıq gedir.

Rusiya Müdafiə Nazirliyinin məlumatında, həmçinin bildirilir ki, bu telefon danışığı iki ölkə arasında strateji münasibətlərin möhkəmlənməsinə doğru atılan növbəti addımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru