Ən böyük avtomobil dilerinin bütün səhmləri dövlətə verilir?
16-01-2024, 11:34
Məhkəmə Rusiyanın ən böyük avtomobil dilerinin bütün səhmlərinin dövlətə verilməsi tələbinə baxacaq. Söhbət Rolf avtosalon şirkətinin bütün səhmlərindən gedir. 32gun.az xəbər verir ki, Baş Prokurorluq “Rolf” avtosalon şirkətinin bütün səhmlərinin dövlət gəlirinə çevrilməsini məhkəmədən xahiş edib.
Sankt-Peterburqun Moskovski Rayon Məhkəməsində Rolfun təsisçisi Sergey Petrova qarşı iddia qaldırılıb.
Bu barədə birgə mətbuat xidməti məlumat yayıb.
"İddia təmin olunarsa, Delance Limited və Rolf Motors şirkətlərinə məxsus bütün Rolf səhmləri, habelə Rolf Motors, Rolf Estate St. Petersburg, Rolf Tech-in nizamnamə kapitalındakı 100% səhmlər mülkiyyət kimi dövlətə keçəcək.
Korrupsiyaya qarşı mübarizə qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilib" deyə idarədən qeyd edilib.