Qırmızı dənizdəki vəziyyət İtaliyaya böyük zərbə oldu

16-01-2024, 10:18           
Qırmızı dənizdəki vəziyyət İtaliyaya böyük zərbə oldu
Husilərin Qırmızı dənizdə gəmilərə hücumları nəticəsində İtaliyaya iqtisadi zərər dəyib.

Publika.az-ın “Nova” agentliyinə istinadən verdiyi məlumata görə, bunu respublikanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani deyib.

Xarici işlər naziri qeyd edib ki, husilərin fəaliyyəti ilə bağlı iqtisadi zərər ilk növbədə cənub limanlarına, eləcə də Genuyaya təsir edib.

Onun sözlərinə görə, gəmilər indi Afrika ətrafında üzdüyü üçün idxal olunan malların qiymətini artırır: “Biz vəziyyəti normallaşdırmaq üçün çalışmalıyıq”.

O, həmçinin yaxın günlərdə Yaxın Şərqə səfər edəcəyini və bölgədə gərginliyin azaldılması üzərində çalışacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru