Dərslər metakainatda keçiriləcək - Yaponiyada texnoloji YENİLİK - VİDEO

17-01-2024, 13:24           
Dərslər metakainatda keçiriləcək -
Yaponiyada bütün dərslərin metakainatda keçirildiyi məktəb açılıb.

Bu barədə liseylər üçün distant təhsil sisteminin yaradılmasını təmin edən “Aominext" şirkətindən bildirilib.

Məlumata görə, şagirdlər metakainatda istifadə üçün pulsuz virtual reallıq (VR) aparatı ilə təmin ediləcəklər.

VR-məktəbdə dərslərdə iştirak etmək üçün məktəblilərə müstəqil olaraq öz avatarlarını seçmə imkanı verilib.

Məktəbi bitirdikdən sonra onlar orta təhsil haqqında attestat ala biləcəklər.

Qeyd olunur ki, təhsil sistemi “Planeta” VR platforması əsasında yaradılıb.

VR-məktəbi onlayn dərslər, mədəni tədbirlər, kiber-idman turnirləri, həmçinin dostlarla görüşmək və digər məktəb tədbirləri təşkil etmək imkanı təqdim edəcək.

Mənbə: Strana.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru