Cənubi Koreya: KXDR Rusiyaya ballistik raketlər verə bilər

18-01-2024, 09:08           
Cənubi Koreya: KXDR Rusiyaya ballistik raketlər verə bilər
Şimali Koreya (KXDR) Rusiyaya KN-23 ballistik raketlərindən əlavə 600 mm-lik uzaqmənzilli KN-25 yaylım atəşli reaktiv sistemləri (YARS) da verə bilər.

APA xəbər verir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Şin Von “Yonhap” agentliyinə müsahibəsində bildirib.

“Şimali Koreyanın hazırladığı raketlər arasında “İskəndər” (KN-23) və 600 mm-lik iri çaplı YARS (NK-25) da olub. Şimali Koreya Rusiyaya onlarla belə sistem göndərə bilər” - deyə nazir qeyd edib.

Bu sistemlər idarəolunan 500 mm-lik mərmilərlə 400 km məsafəni atəşə tutur və taktiki raket sistemi ilə YARS-ın hibrididir. Xarici KİV Moskvanın bu sistemləri əldə etmək arzusu barədə ötən sentyabrda məlumat vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru