ABŞ və Britaniya Yəməndə husilərə zərbə endirib 18-01-2024, 09:19 ABŞ və Böyük Britaniya Husi qiyamçılarının nəzarətində olan Yəmən ərazisinə zərbələr endirib.APA-nın xəbərinə görə, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.Əməliyyatda Damar, Saada, Taiz, Hodeyda və Əl-Bayda əyalətləri vurulub.Zərbə Qırmızı dənizdə husilərin gəmilərə hücumlarına cavab xarakteri daşıyır. Facebook-da paylaş