Konqo ordusu üsyançılarla qızğın döyüşlər aparır

21-03-2024, 15:34           
Konqo ordusu üsyançılarla qızğın döyüşlər aparır
Konqo Demokratik Respublikasının hökumət qüvvələri ilə ölkənin şərqindəki Bihambve şəhəri yaxınlığında “23 Mart Hərəkatı” qruplaşmasının üsyançıları arasında son 24 saat ərzində qızğın döyüşlər gedir.

Qeyd olunur ki, ordu bölmələri üsyançı qrupları Bihambve yaxınlığında yerləşən Buquri və Kaqundu kəndlərindən sıxışdırıb çıxarmağa çalışırlar. Onlar indiyədək yaraqlıların müdafiəsini yara bilməyiblər.

Üsyançıların bu həftənin əvvəlində hökumət qüvvələrini geri çəkməyə çalışdığı Sake şəhəri ərazisində də ağır vəziyyət davam edir. Yaraqlıların bütün hücumları dəf edilib, lakin onlar Şimali Kivu ştatının paytaxtı Qoma şəhərinə birbaşa yol açan bu əsas şəhəri ələ keçirmək planlarından hələ də əl çəkməyiblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru