ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

21-03-2024, 16:14           
ABŞ vətəndaşlarını Haitidən təxliyə edir
“ABŞ öz vətəndaşlarının Haitidən təxliyəsinə başlayır”.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Martın 20-dən etibarən ABŞ hökuməti öz vətəndaşlarının Haitidən təhlükəsiz çıxışını asanlaşdırır. Biz Port-au-Prinsdən Santo Dominqoya, Dominikan Respublikasına çarter reysləri təşkil edirik. ABŞ hökumətinin nümayəndələri konsulluq yardımı göstərmək üçün oradadırlar”, - Patel deyib.

Bu günə qədər təxminən 1,6 min amerikalı Haitidən təxliyə üçün hökumətə müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru