Britaniya tarixində görülməmiş gəlişmə: - Hakimiyyət onların əlinə keçdi

21-03-2024, 19:11           
Britaniya tarixində görülməmiş gəlişmə: - Hakimiyyət onların əlinə keçdi
Uels Baş naziri Mark Dreykford 5 illik səlahiyyət müddəti bitdikdən sonra parlamentdə yeni hökumət başçısının seçilməsi üçün səsvermə keçirilib.

Teleqraf.com xəbər verir ki, səsvermə nəticəsində 60 yerlik parlamentdən 27 səs toplayan Uels Leyboristlər Partiyasının lideri, 50 yaşlı Voqan Getinq ölkənin yeni baş naziri olub.

Getinqin adının bu postda təsdiqlənməsi üçün Böyük Britaniya Kralı III Çarlza göndəriləcək. Kralın təsdiqindən sonra Getinq and içəcək və kabinetini qurmağa başlayacaq.

Hazırda Böyük Britaniyada vəzifə yerinə yetirən 4 baş nazirdən 3-ü mühacirdir: İngiltərə Baş naziri Rişi Sunak Hindistan, Şotlandiya Baş naziri Həmzə Yusuf Pakistan, Voqan Getinq Zambiya əsillidir.

Uelsin yeni hökumət başçısı Avropada ilk qaradərili lider kimi qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru