ABŞ hakimiyyəti “YouTube”dan istifadəçi məlumatlarını açıqlamağı tələb edib

31-03-2024, 10:45           
ABŞ hakimiyyəti “YouTube”dan istifadəçi məlumatlarını açıqlamağı tələb edib
ABŞ federal müstəntiqləri “Google”dan “YouTube” platformasında müəyyən videolara baxan bütün istifadəçilər haqqında məlumat verməsini tələb ediblər.

Bildirilib ki, hüquq-mühafizə orqanları Kentukki və Nyu-Hempşir ştatlarında “YouTube” istifadəçilərinin kimliyini öyrənməyə çalışıblar.

Birinci halda, gizli agentlər “bitkoin”ləri qanunsuz əldə etməkdə və pulların yuyulmasında şübhəli bilinən şəxsin kimliyini açıqlamaq istəyiblər. Bununla yanaşı, Nyu-Hempşir ştatında polis zibil qutusuna yerləşdirilən bomba haqqında anonim məlumatın müəllifini tapmağa çalışıb.

“Google”un belə bir sorğuya necə cavab verdiyi bilinmir.

Bir çox insan haqları təşkilatlarının məxfilik üzrə ekspertləri bu cür hərəkətləri konstitusiyaya zidd adlandırıblar.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru