Lənkəran sakini Serbiyada binadan yıxılaraq öldü

Bu gün, 00:13           
Lənkəran sakini Serbiyada binadan yıxılaraq öldü
Lənkəran sakini Serbiyada ölüb.

"Unikal"ın məlumatına görə, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Həsən Mənsubov işləmək üçün Serbiya Respublikasına gedib.

Bir neçə gün bundan əvvəl o, yüksək mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan H.Mənsubov Serbiyada xəstəxanaların birinə yerləşdirilib və 4 gün komada qalıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər və o, aldığı xəsarətlərdən ölüb.

Onun meyitinin bu gün Lənkərana gətirilərək dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Həsən idmanın ağır atletika (bodybuilding) növü ilə məşğul idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru