410 kilonu qaldırmaq istədi, GÖÖZÜ PARTLADI...

Bu gün, 16:28           
410 kilonu qaldırmaq istədi, GÖÖZÜ PARTLADI...
Avstraliyalı pauerliftinqçi Paşa Osman squat edərkən gözündən qan gəlib.

Milli.Az xəbər verir ki, Avstraliyalı pauerliftinqçi Paşa Osman squat hərəkəti zamanı qeyri-adi hadisə ilə gündəmə gəlib.

Bu barədə Sport Baza Telegram kanalı məlumat yayıb.

Məlumata görə, idmançı 402,5 kiloqramlıq ştanqla çömbələrək Avstraliyada lokal rekord müəyyənləşdirib. Daha sonra çəkini 410 kiloqrama qaldırmağa qərar verib. Lakin bu cəhd zamanı onun həm gözündən, həm də baş dərisindən qan gəlib.

Həkimlərin sözlərinə görə, hadisə güclü təzyiq səbəbindən baş verib. Tərlə qarışan qan məsamələrdən çölə axaraq bu görüntüyə səbəb olub. İdmançının vəziyyətinin hazırda yaxşı olduğu bildirilib.

Qeyd edək ki, bu hadisə idmançının sağlamlığına ciddi zərər verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru