Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar?

Bu gün, 11:37           
Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar?
Azərbaycan Cüdo Federasiyası ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub…
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi federasiyada onun adaşı Rəşad Rəsullu sözün həqiqi mənasında at oynadır.

Baş verən qanunsuzluqlara və haqsızlıqlara etiraz etdiyinə görə, bir müddət öncə federasiyadan uzaqlaşdırılan şəxsin Poliqon-a verdiyi məlumata bildirilir ki, nazir Rəşad Nəbiyev federasiyada bütün idarəçiliyi Rəsulluya tapşırıb və federasiyanın fəaliyyəti ilə demək olar ki, maraqlanmır.

“İnam və etibardan sui istifadə edən Rəşad Rəsullu Azərbaycan Cüdo Federasiyasını sözün həqiqi mənasında gəlir ünvanı olan şəxsi obyektinə çevirib. O, iki vəzifəni – Azərbaycan Cüdo Federasiyasının baş katibi və Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti vəzifələrini daşımaqla üst-üstə 19 min manat əməkhaqqı alır. Bu da bəs deyilmiş kimi, hər rübün sonunda Rəsullu özü özünə yüksək məbləğdə mükafatlar yazır”, deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, federasiyanın tam sahibinə çevrilən Rəsullu tədbirlərin keçirilməsi zamanı qiymətləri şişirdir və federasiyanın büdcəsindən artıq pullar çıxarır ki, sonradan yaranmış fərq mənimsənilir.

“Əlindəki külli ixtiyar səlahiyyəti və maddi imkanları Rəşad Rəsullunun hətta tabeliyində olan işçilərin şəxsi həyatına da müdaxilə etmək qədər cəsarətləndirib”, deyən mənbəmiz iddia edir ki, Baş katib birt müddət əvvəl “yuxarılar”a xoş gəlmək üçün icra aparatı işçilərindən birini başqa bir xanımla ailə həyatı qurmağa məcbur edib, qarşı tərəf buna razı olmadıqda isə həmin şəxsi işdən azad çıxarıb.

Bundan başqa mənbəmiz bildirir ki, Rəşad Rəsullunun son addımı həyat yoldaşını federasiyada yüksək əməkhaqqı ilə psixoloq kimi işə götürməsi olub.

Qeyd edək ki, ötən il Paris 2024 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçuları iki qızıl medal qazanıblar. Cüdoçularımıza Hidayət Heydərovun və Zalim Kotsayevin bu zəfəri bütün Azərbaycanı qürurlandırdığı kimi, Azərbaycan Cüdo Federasiyasının da ölkəmizdə daha çox tanınmasına, bu idman ocağına olan marağın artmasına səbəb olub. Ötən bir il müddətində isə Cüdo Federasiyasının fəaliyyəti diqqət mərkəzində olsa da, belə görünür ki, idmançılarımızın nəaliyyəti Rəşad Rəsullunun diqqət mərkəzində olmayıb.

Bunu deməyə əsasımız var, çünki federasiyanın rəsmi veb saytının cüdoçuların qələbələrindən bəhs edən “Federasiya haqqında” bölməsində Hidayət Heydərov və Zalim Kotsayevin möhtəşəm qələbəsi haqqında məlumat belə verilməyib. Bölmədə fedrasiyanın uğurları sadəcə 2020 ildə Yay Olimpiya Oyunlarında İrina Kindzerskanın bürünc medal alması xəbəri ilə yekunlaşır və ötən il qazanılan böyük zəfər isə Federasiyanın tarixi uğurları arasında yer almayıb.
xalq.online
Teref olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru