Uçuş bələdçiləri "Boeing"i məhkəməyə verdilər

Bu gün, 16:58           
Uçuş bələdçiləri "Boeing"i məhkəməyə verdilər
"Alaska Airlines" aviaşirkətinin ekipaj üzvləri təyyarə qapısının uçuş zamanı yerindən çıxmasına görə onun istehsalçısı "Boeing" şirkətini məhkəməyə vermək qərarına gəliblər.

Oxu.Az xəbər verir ki, bu barədə "The Seattle Times" məlumat yayıb.

Aviaşirkətin dörd stüardessası ABŞ-nin Sietl şəhər məhkəməsində "Boeing"ə qarşı iddia qaldırıb.

Müraciətlərində onlar iddia edirlər ki, 2024-cü ilin yanvarında reys zamanı 737-MAX-9 təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra göyərtə təzyiqinin azalması və qapının yerindən çıxmasına görə fiziki və psixoloji xəsarətlər alıblar.

Qeyd edək ki, İnsident nəticəsində təyyarə Portlend hava limanına məcburi eniş edib. "Alaska Airlines"ın üç sərnişini aviaşirkətə və təyyarə istehsal edən korporasiyaya qarşı bir milyard dollarlıq iddia qaldırıb.

Hadisədən sonra bu tip təyyarələrin uçuşları dayandırılıb. Yoxlamalar zamanı təyyarələrdə boltların boşaldığı aşkar olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru