Ən böyük yük maşını istehsalçılarından olan KAMAZ zərərə işləyir. Bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edilib ki, ilin birinci yarısında KAMAZ-ın xalis zərəri 20,8 milyard rubl təşkil edib. Saytlar şirkətin maliyyə hesabatına istinad ediblər.
Hesabat dövrünün nəticələrinə görə, şirkətin gəlirləri 18,4%, yəni 127,6 milyard rubla qədər azalıb. Ümumi mənfəət təxminən 4 dəfə - 2,9 milyard rubla qədər azalıb. Satışdan zərər 9,4 milyard rubla yüksəlib.
Bundan əvvəl yerli media Rusiyada məşhur yük maşınları olan Dongfeng, Foton, FAW və Sitrak-ı ciddi təhlükəsizlik pozuntularına görə sürücülərin və sərnişinlərin həyatı üçün təhlükə saymışdı. Rosstandart bu markaların bir sıra modelləri üçün OTTS-ni geri çağırıb. Avtomobil ekspertlərinin fikrincə, agentliyin bu qərarı KAMAZ-ın çoxsaylı problemlərindən qurtulması üçün bir şansdır.